"Xəbər məni son dərəcə sarsıtdı" - İlham Əliyev Trampa başsağlığı verdi

img

02-10-2017 [19:13]


Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.

 Dövlət başçısının məktubunda deyilir:

 "Hörmətli cənab Prezident, Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 Qeyd edək ki, Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açılması nəticəsində 50-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb. Hadisəni törədən Las-Veqas sakini polislə atışmada öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA