FHN: Xızı dağlarında min hektar ərazi yanıb

img

17-08-2010 [11:06]


Fövqəladə Hallar Nazirliyi Xızı dağlarında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. FHN-in mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, Xızı rayonu, Qarabulaq kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə 1000 hektar sahədə kol-kos və quru ot yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın bu gün saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA