İcra başçısının geyim kolleksiyası - Hər dəfə 36 min xərcləyir

img

02-10-2017 [11:39]


Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyim kolleksiyasını haradan alması məlum olub.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumatda bildirilir ki, icra başçısı Bakının ən bahalı kişi geyimləri mağazası sayılan "Stefano Ricci" markasından istifadə edir.

Burada icra başçısının geyindiyi ən "ucuz” geyimlərin qiymətini oxuculara təqdim edirik.

"Stefano Ricci" brendində satılan kostyumun qiyməti -13500 manat, ayaqqabının-8600 manat, vitrovka kurtka – 11000 min manat, qalstuk -720 manat, köynək-2050 manat təşkil edir.

Belə ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azından 36 min manat pulundan keçməli olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA