"Əgər Bərzani yanlışdan dönərsə..." - Ərdoğandan kürdlərə və Qərbə mühüm mesaj

img

01-10-2017 [21:50]


Türkiyə prezidenti Ərdoğan bu gün Böyük Millət Məclisində gündəmlə bağlı bir sıra açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, terrorla mübarizə tədbirləri başa çatana qədər ölkədə tətbiq edilən fövqəladə vəziyyətin davam edəcəyini bidirib:

"Terrorla mübarizə istiqamətində aparılan əməliyyatlara ehtiyac qalmadığı andan fövqəladə vəziyyət qərarı ortadan qaldırılacaq".

Ərdoğan Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 26-da keçirdiyi referendumdan sonra atılacaq addımlar haqda danışıb.

O, Kərkükdə ehtimal olunan hər hansı bir gərginliyə Türkiyənin sakit qalmayacağını bəyan edib: "Türkiyə Kərkükdəki vəziyyətə sakit yanaşa bilməz. O ki qaldı qanunsuz referenduma, əgər vilayət rəhbərliyi yanlışdan dönərsə, Türkiyə yenə onların yanında olacaq".

Türkiyə prezidenti Avvropa Birliyi ilə aralarında yaşanan gərginliyə də toxunub: "Bilirsiniz, onlar Türkiyəni 1963-cü ildən qapıdan gözlədirlər. Əslinə baxarsanız, bizim Avropa Birliyinə ehtiyacımız qalmayıb. Türkiyə Avropa Birliyindən cavab alana qədər yenə düşündüyüm siyasəti davam etdiriləcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA