Rəsmi Tehrandan Bərzaniyə qarşı daha bir sərt həmlə - Neft ixrac və idxalı dayandırıldı

img

30-09-2017 [18:41]


İran Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 26-da keçirdiyi referendumıla bağlı sərt tutumunu davam etdirir.

Mia.az TRT-yə istinadən xəbər verir ki, rəsmi Tehran Ərbillə quru və hava sərhədlərini bağlamaqla kifayətlənməyib. 

İran bu gün bölgəyə neft ixrac və idxalını da dayandırıb.

"Bu qərar müvəqqəti tətbiq olunub. Qarşıda sanksiyanın uzadılıb-uzadılmaması duruma uyğun yenidən dəyərləndiriləcək", - deyə, rəsmi Tehrandan verilən açıqlamada vurğulanıb.

Mia.az  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA