Hökumət nazirliyə səlahiyyət verdi - Bu nazirlik obyektlərin fəaliyyətini məhdudlaşdıra biləcək

img

30-09-2017 [14:13]


Nazirlər Kabineti "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edib.

Mia.az trend-ə istinadən bildirir ki, qaydanın indiyədək mövcud olan variantına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və onun müvafiq qurumları atmosfer havasının istehsalat məqsədləri üçün istifadəsini, habelə atmosfer havasına zərərli maddələrin atılması və ona zərərli fiziki təsirin norma və qaydalarını, xüsusi icazə şərtlərini pozan obyektlərin fəaliyyətini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq səlahiyyətinə malik olublar.

Qərarın bu bəndinin verilən yeni redaksiyasında isə qeyd edilir ki, ETSN atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlər yerinə yetirilmədikdə, icazəni dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA