30-09-2017 [13:44]
"Bakının və ölkənin digər şəhərlərinin küçələrində sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına dair mediada, sosial şəbəkədə xarici və yerli istifadəçilər tərəfindən məlumatlar yayılır. Əfsuslar olsun ki, bəzi hallarda qınaq obyekti kimi bizim qurumun adı çəkilir".
Mia.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyanat verib.
Bəyanatda qeyd edilib ki, sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid deyil və onun Əsasnaməsi ilə müəyyən edilməyib:
"Nazirliyin bu sahədə fəaliyyət göstərən səlahiyyətli qurumu yoxdur, bununla bağlı dövlət Nazirliyə hər hansı hüquq verməyib və məsuliyyət müəyyən etməyib.
Sosial şəbəkələrdə yayılan görüntülərdəki sahibsiz ev heyvanları ilə rəhmsiz davranışları biz də qınayırıq. Nazirlik səlahiyyəti daxilində ev heyvanlarına qarşı törədilən bu cür əməllərlə bağlı tədbirlər görür, çoxlu sayda müxtəlif vətəndaşlara qarşı cərimə protokolları tərtib olunub və bir sıra hallarda hüquq-mühafizə orqanlarına təqdimatlar göndərilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə baş verənlərə görə Nazirliyin adının hallandırılmasını qeyri-səmimi yanaşma və provokasiya hesab edirik. Çünki bu halda ünvan düzgün seçilməyib və bundan belə nəticə çıxarmaq olur ki, kimlərsə bilərəkdən yanlış məlumat yayır. Məqsəd isə heyvanların mühafizəsi deyil, əsl günahkarları gizlətməkdən, aidiyyəti olmayan şəxslərə şər-böhtan atmaqdan və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Bir daha diqqətə çatdırırıq ki, ünvan səhv salınıb. Başqa idarəetmə orqanlarının bu və ya digər sahədə fəaliyyətinə qiymət vermək isə Nazirliyin işi deyil".
Bəyanatda həmçinin bildirilib ki, heyvanat aləminin, o cümlədən ev heyvanlarının mühafizəsi məsələsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla bağlı çox sərt qanunvericilik bazası mövcuddur:
"Azərbaycan 2007-ci ildə "Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya edib və müvafiq qanunvericilik aktlarını həmin Konvensiyaya uyğunlaşdırıb, ev heyvanlarına qarşı rəhmsiz rəftara görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulub. Eyni zamanda ölkədə qəbul olunmuş qaydalara görə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi, onların evlərdə saxlanılması qaydalarına nəzarət sahəsində məsul qurum yerli özünüidarəetmə orqanları müəyyən edilib. Öz növbəsində Nazirlik heyvanlarla, o cümlədən sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar edilməsi sahəsində minlərlə fakt müəyyən edib və yüksək məbləğdə cərimələr tətbiq olunub, cinayət tərkibi müəyyən olunduğu zaman daha sərt tədbirlərin görülməsi üçün sənədləşdirilən materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, Nazirlik sahibsiz ev heyvanları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına xidmət edə biləcək istənilən təklifi öz səlahiyyətləri daxilində müzakirə etməyə və lazım gələrsə dəstəkləməyə hazırdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi