29-09-2017 [18:35]
Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır.
- Siz bombanı hardan gətirdiniz?
- Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.
Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib.
Xatırladaq ki, "Sputnik Azərbaycan" bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar - 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yaymışdı.
Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.
"Sputnik Azərbaycan" Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.
Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var. Yaralı uşaqlardan biri onun yarasını sarıyana "ağrıyır qıçım" deyə qışqırır. Digər yaralı uşağa hərbi formalı adam türk dilində "çay iç" deyir və ona su verir. Suyu içən uşağa "az iç, qusarsan" deyir.
"Qıçım ağrıyır" deyən yaralı uşaq isə "ver, ver" deyə suyu həmin hərbçinin əlindən dartıb alaraq içir. Yerdə daha kiçik və kadrlardan da göründüyü kimi, ayağının biri dağılmış körpə uşaq heysiz halda inildəyir.
Ona tibbi yardım göstərilir. Sonra başqa bir uşaq yaralıların yanına gətirilir. Kadrlardan onun yaralı olduğu və heysiz bir halda qışqırdığı görünür. Hərbçilər onun üzünə su vurur, paltarlarını qayçı ilə kəsərək yaralarını sarımağa başlayırlar.
Kadrlarda arxa planda daşların üstündə oturan, toz-torpağa batmış başqa uşaqlar da görünür. Görünən budur ki, partlayış və bombardman nəticəsində dağılmış tikililərin altında qalan və qəlpə yaraları almış uşaqlar azərbaycanlılardır. Onlar öz valideynlərinin məsuliyyətsizliyi ucbatından yad torpaqlarda fiziki və psixoloji travmalar alıblar.
Üstəlik valideynlərini itirərək dillərini belə bilmədikləri insanların yardımına möhtac qalıblar.
Kadrlarda ərəb dilində danışan şəxsin verdiyi məlumata görə, anaları özlərini partlatdıqdan sonra uşaqları xilas ediblər.
"Anaları qaçqın adı altında maskalanaraq 9-cu tank diviziyasının bölmələrinin yerləşdiri yerdə partlayış törətməyi planlaşdırıblar. Lakin bizim hərbçilər əvvəlcədən bu qadınların terrorçu-kamikadze olduqları barədə kəşfiyyat məlumatı əldə ediblər. Danışıqlar zamanı qadınlar təslim olmaqdan imtina ediblər və özlərini partladıblar" - deyə ərəb dilində danışan hərbçi bildirib.
Onun sözlərinə görə, mənsub olduğu hərbi birliyin üzvləri bu qadınları və uşaqları təhlükəsiz yerə köçürmək istəyiblər.
Mia.az "Sputnik Azərbaycan"a istinadən bu dəhşətli kadrları diqqətinizə təqdim edir:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi