Səbail rayonunda yeniyetmələrin yay istirahəti təzkil olunub

img

16-08-2010 [02:14]


Şagirdlərin yay istirahətinin səmərəli təşkili ilə bağlı Səbail rayon İjra Hakimiyyətinin təşəbbüsü ilə avqust ayında Səbail və Quba rayon İcra Hakimiyyətləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən, həmçinin ?SOS-Azərbaycan? uşaq kəndində və 3 saylı Uşaq evində tərbiyə alan, ümumilikdə 160 nəfər uşaq Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu ?Şahinlər? yay istirahət düşərgəsinə yola salınıb. Düşərgədə isə onlara Quba rayonu Zərdabi adına Xüsusi İnternat məktəbin şagirdləri də qoşulub. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq RİH-ti tərəfindən əvvəljədən bir sıra təşkilati işlər həyata keçirilmiş, istirahətə göndərilən uşaqlar və onların valideynləri ilə görüş keçirilərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar barədə ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki ?N? saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları quraşdırılmış, Daxili Qoşunlar və Bakı Türk Liseyinin Quba filialı tərəfindən bura tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur. Düşərgədə uşaqların istirahətinin, daha da maraqlı və yaddaqalan edilməsi üçün burada məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə keçiriləjək, həmin məşğələləri və düşərgədəki təlim-tərbiyə işlərini dəstə rəhbərləri ilə yanaşı Daxili Qoşunlar tərəfindən xüsusi olaraq düşərgəyə təşkim olunmuş zabit və çavuşları keçəjəklər. Şagirdlər istirahət dövründə Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintilər də təşkil olunajaq, şagirdlər Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olajaqlar. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən ?Vətən sevgisi? dərsləri çərçivəsində ?Azərbayjanın tarixi və siyasi joğrafiyası?, ?Azərbayjanın bu günü və gələjəyi?, ?Müasir Azərbayjan Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir? mövzularında, həmçinin yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində ?Azərbayjan Ordusu: nizam-intizam hərbçilərə xas olan vajib xüsusiyyətdir?, ?Dağlıq Qarabağ problemi və müasir dünya? mövzularında məşğələlərin keçirilməsi və hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunması planlaşdırılmışdır. ?Sahil bağı?nda təşkil olunan yola salınma mərasimində çıxış edən Səbail rayon İjra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçı jənab İlham Əliyevin yeniyetmə və gənjlərin sağlam boyüməsi, gənj nəslin vətənə məhəbbət, Azərbayjan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışmış, onlara şən və yaddaqalan istrahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Səbail RİH və digər təşkilatçıların daimi diqqət mərkəzində olajaq və burada istirahət üçün hər jür şərait yaradılajaqdır. DİN Daxili Qoşunlar Komandanın müavini, general-mayor Fəxrəddin Səmədov uşaqların mənalı və yaddaqalan istirahəti üçün Daxili Qoşunlar tərəfindən hər jür şərait yaradılajağını bildirmiş və şagirdlərə xoş istirahət arzulamışdır. Yola düşməzdən əvvəl yeniyetmələr ?Fəxri Xiyaban?da Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA