Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMA

img

29-09-2017 [16:50]


Sentyabrın 29-da Azərbaycanda internetin sürəti ilə bağlı problem yaşanıb. Hətta, hazırda da istifadəçilər ölkə üzrə internetin çox zəif olduğunu söyləyirlər.

Modern.az  məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, genişzolaqlı sabit internet şəbəkəsində problem müşahidə olunmur.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir. Həm "Aztelecom”un həm də "Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə genişzolaqlı sabit internet şəbəkəsində heç bir problem müşahidə olunmur.”



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA