Vəkillər Kollegiyası sədrliyinə 4 namizəd var - SİYAHI

img

29-09-2017 [16:18]


Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb.

Report-un əldə etdiyi məlumata görə, bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.

Namizədlərin sayının artacağı istisna edilmir.

Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyevin vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA