Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

29-09-2017 [13:25]


Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veirr ki, sabah havanın temperaturunun gecə  12-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz  55-65 % olacaq. 
 
Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə  9-14°, gündüz  16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA