Ərdoğanla Putin görüşdü, dünyaya bölgə ilə bağlı birgə ciddi mesajlar verildi -Mətbuat konfransı + VİDEO

img

29-09-2017 [10:10]


Xəbər verdiyimiz kimi, dünən axşam Rusiya prezidenti Putin Türkiyəyə işgüzar səfər edib.

Mia.az xəbər verir ki, Putinlə Ərdoğan əvvəlcə 1.5 saat sürən təkbətək görüşüblər. 

Görüşdən sonra hər iki lider Suriyada yeni təhlükəsizlik zolağının yaradılması, İraqın ərazi bütövlüyü və Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referenduma baxış, həmçinin ikitərəfli siyasi və ticarət münasibətləri istiqamətində çox ciddi anlaşma əldə etdiklərini açıqlayıblar.

Ərdoğan Rusiya ilə hər keçən gün böyüyən iqtisadi və siyasi əlaqələrin önəminə, o cümlədən kürdlərin referendumunun bölgədə yaratdığı vahim duruma, Suriya və İraqdakı faktiki duruma diqqəti çəkib.

Putin isə deyib ki, Suriyaya dair razılaşma Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün əsas olacaq: "Çətinliklərə baxmayaraq, biz müsbət nəticə əldə edə bilmişik. Hesab edirəm ki, bu razılaşmalar bizim ümumi,  çox mühüm uğurumuzdur. Bu, həm də dostumuz cənab Ərdoğanın uğurudur".

Mia.az Ərdoğanla Putinin mətbuat konfransındakı çıxışlarını olduğu kimi təqdim edir:






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA