28-09-2017 [17:51]
"Azercell Telekom” MMC-nin "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi "PAŞA Bank”ın dəstəyi ilə yerli startapların inkişafı üçün layihələrini davam etdirir.
Mobil operatordan Mia.az-a verilən məlumata görə, mərkəz əməkdaşları bu dəfə Gəncədə fəaliyyət göstərən startapları bir araya gətirib.
Sentyabrın 25-də Azərbaycan Texnologiya Universitetində keçirilən görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədini daşıyıb
. "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud, hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.
Qeyd edək ki, görüşdə "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin layihə koordinatorları Fidan Tofidi və İradə Məmmədova, "Xtreme Pro” və "Green Baku” ekoloji dəftərxanasının təsisçisi Samir Qədirov və "Technote Media” Platformasının Baş icraçı direktoru və təsisçisi Fərid Pərdəşünas iştirak ediblər. Tədbirin sonunda Gəncə startapları üçün elan edilən "Ganja Big İdea Competition” müsabiqəsi haqqında iştirakçılara geniş məlumat verilib və hər kəs bu müsabiqədə fəal iştiraka çağırılıb. Məlumat üçün bildirək ki, Gəncə şəhərində ilk dəfə təşkil edilən Böyük İdeya Müsabiqəsi bölgələrdən gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və təqdim etməklə mükafatlar qazanmaq imkanı verir. Müsabiqədə iştirak etmək istəyənlər 11 sentyabr - 10 oktyabr, 2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2 linki vasitəsilə qeydiyyatdan keçə bilər.
Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər.
Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış etməlidirlər.
Qalib gələn komandalar aşağıdakı hədiyyələrlə mükafatlandırılacaqlar:
1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu
"Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi