Prezident Bakıda ticarət festivalının təşkilinə 1 milyon manat ayırdı - Sərəncam

img

28-09-2017 [17:42]


Prezident İlham Əliyev Bakı şəhərində keçiriləcək ticarət festivalı ("shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının ("shopping festival”) təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA