Olimpiya çempionu istefa verdi - Vitse-prezident postundan getdi

img

28-09-2017 [16:43]


Yunan-Roma güləşi üzrə olimpiya və iki qat dünya çempionu Fərid Mansurov istefa verib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş güləşçi Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti postunu tərk edib.

Uzun müddətdir istefa verən çempion nədənsə, qərarıyla bağlı mətbuata açıqlama verməyib.

Qeyd edək ki, F.Mansurovun istefasına səbəb Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsində çalışması göstərilir.




    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA