"Bizim nə elə müəssisəmiz, nə də o adda işçimiz var" - “Azəravtoyol”dan referendumu dəstəkləyən şəxs haqda açıqlama

img

28-09-2017 [10:44]


Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb.

Adıçəkilən şəxsin "Azəravtoyol” ASC-nin əməkdaşı kimi təqdim ounmasına isə qurumun Mətbuat Katibliyi tərəfindən reaksiya verilməsinə səbəb olub.

ASC-dən Mia.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik: 

"Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq, onu tirajlayan heç bir media qurumu "Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib. Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub.

Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, "Azəravtoyol” ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur.

Xahiş edirik ki, bundan sonra "Azəravtoyol” ASC ilə bağlı olan hər-hansı bir məlumatı yayımlamamışdan öncə bizimlə dəqiqləşdirəsiniz və yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verəsiniz. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq.

Bütün bunları nəzərə alaraq sözügedən xəbərdə dəyişiklik edərək bizim rəsmi mövqeyimizi də əlavə etməniz sizdən xahiş olunur. Öncədən təşəkkürümüzü bildiririk!".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA