Geomaqnit qasırğası güclənir - Xəbərdarlıq

img

28-09-2017 [10:33]


Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.

Mia.az Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.

Onun sözlərinə görə, kosmik hava şıltaqlıqlarının (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təzyiq dəyişmələri, külək və s.) ilə tandemi insanlar üçün neqativ effektləri daha da artırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA