28-09-2017 [09:34]
Batuhan Yaşar,
"Türkiye gazetesi" yazarı
Məsud Bərzani atası Molla Mustafa Bərzaninin xəyalını gerçəkləşdirdi. Bərzaniyə mikrofonlar önündə "referendum keçirmə”, qulağına isə "keçir, bitir bu işi, adını kürd tarixinə yazdır” dedilər. "Elə oldu, belə oldu” deməyə ehtiyac yoxdur. Artıq həm Türkiyə, həm də region yeni bir durumla qarşı-qarşıyadır. İttifaqların belə üç aylıq müddətlərlə 180 dərəcə dəyişdirildiyi bir coğrafiya yaradıldı. "Böl-parçala-idarə et” anlayışı hakim oldu. Vaxt itirilmədən, "Management of partition”, yəni bölünmənin idarə və təşkil edilməsi işinə girişildi…
Türkiyə nə edəcək, hansı addımları atacaq?
Mənbələrimizdən yeni məlumatlar əldə etmişik. "Yol xəritəsi” dəqiqləşmiş durumdadır. Ankara şənbə günü TBMM-i fövqəladə iclasa toplayaraq, qərarı alıb və cibinə qoyub. Məclis öncəki qərardan fərqli olaraq, bu qərarında etnik təməlli separatçı təşəbbüslərə və qeyri-legitim hərəkətlərə qarşı "Kimsənin gözünün yaşına baxmaram” deyib. Əslində, "gözüm Kərkükün üzərindədir” mesajı verilib…
Kərkük demişkən, o, bizim üçün 81 vilayətdən biri, türkmənlərin sıx yaşadığı və Iraqın neft ehtiyatlarının, hardasa yarısına sahib bir şəhərdir. 1926 və 1946-cı illərin müqavilələrinə istinad edilməsi də bu üzdəndir.
Yəqin ki, sosial mediada "Daha nəyi gözləyirik?”, "Kərkükə girək”, "Boru xəttini kəsək”, "Hava sahəsini də, sərhəddi də bağlayaq”, "Bərzaniyə gününü göstərək” və s. kimi cümlələri oxuyubsunuz. Türkiyə bunları edə bilməzmi? Təbii ki, edə bilər…
Amma nəzərə almalıyıq ki, regionda çox böyük oyunlar oynanılır. Birilərini tamamən İsrailin qucağına atmağa ehtiyac varmı?
Tələskənliyə, qabağa keçib tələyə düşməyə heç bir ehtiyacı yoxdur. Bərzani heç bir yerə qaçmır, orada durubdur.
Türkiyə son dövrdə böyük təcrübələr qazanıb. Suriyada olanlar, yaşananlar 50 deyil, sadəcə 5 il öncə olub…
Şimali İraqdakı hərbi bazalar…
"Yaxşı, bəs indi etməyəcəksə, nə zaman edəcək?”- dediyinizi də eşidirəm. Təbii ki, Türkiyə əlini-qolunu bağlayıb hadisələri film kimi seyr etməyəcək. Onsuz da seyr etmir. "Fərat qalxanı” gözümüzün önündə durur. Türkiyə həm sahədə, həm də masada olmağa davam edir.
Bu gün seyr etdiyimiz isə qlobal və regional güclərin bilək güləşidir.
Hazırda Türkiyə, İraq və İranla birlikdə nələri edə biləcəyinə, nələri edə bilməyəcəyinə baxır. Qonşuları ilə birlikdə hansı nəticələri əldə edə biləcək, hansıları edə bilməyəcək…
Əslində, Türkiyə hazırdı, həm iqtisadi, həm də hərbi planlarını cibinə qoyub gözləyir. Hər halda bunları təkbaşına da edə bilər.
Silopidəki hərbi təlimə İraq ordusunun da qatılmasının əhəmiyyətini kimsə kiçiltməsin. Bu, çox böyük hadisədir. Prezident Ərdoğanın "Bir gecə gözlənilmədən gələ bilərik” sözlərini ən yaxşı Bərzani anladı!
Onsuz da içəridəyik!
Hərbi-texniki imkanları yüksək olan Başika hərbi düşərgəsinin yerini xatırlatmağa ehtiyac varmı? Unudulmasın ki, Şimali İraqda bundan başqa, ən azı 3 hərbi bazamız da vardır. Bunların hamısında tank birlikləri də mövcuddur. Yəni, hal-hazırda Türkiyə onsuz da Şimali İraqın içərisindədir. Hava hərakatlarına, terrorla mübarizə əməliyyatlarına da ara vermədən davam edir.
Bütün bunlara baxmayaraq, CHP-dən olan millət vəkili, keçmiş diplomat Öztürk Yılmaz işin bu nöqtəyə gəlməsinə görə AKP-nin məsuliyyət daşıdığını bildirib. Diplomat mənsubiyyəti olan birinin hadisələrdən və onların inkişafından xəbərsiz olması məyusedicidir.
Türkiyə hansı işlərimi gördü?
1. İraqın sabitliyi və bölünməməsi üçün bütün region ölkələrini səfərbər etdi;
2. İraq Mərkəzi Hökumətilə əlaqələrini bərpa etdi və əvvəlki səviyyəsindən də yüksəyə qaldırdı;
3. Sünnülərin ləyaqətli bir şəkildə İraq sisteminə yenidən inteqrasiyasını və
4. Şimali İraqda PKK ilə daha yaxşı mübarizə aparmaq üçün yeni alətləri dövriyyəyə soxmağı bacardı.
10 illik kürd dövləti planı
Qlobal güclərin kürd dövləti qurma planı sirr deyil.
İlk mərhələdə məqsəd Bərzaninin Türkiyə ilə arasını pozmaq idi. Referendum da durup-dururkən ortaya çıxmadı…
Sonrası corab söküyü kimi gələcək:
– öncə, Bərzani PKK ilə əməkdaşlığa yönləndiriləcək;
– ardından, o, ikinci plana düşürüləcək (Çünki PKK daha sadiqdir);
– birinci mərhələnin sonunda, "İraq və Suriya Kürd Dövləti” qurulmuş olacaq;
– sonda isə planın İranı və Türkiyəni yaxından maraqlandıran axırıncı mərhələsi, "İki ölkədən qopardılacaq torpaqlarla Böyük Kürdüstanın qurulması tamamlanmış olacaqdır”.
Qlobal oyunçuların "Böyük Kürdüstan” planında bir dəyişiklik yoxdur. Türkiyə də bunu bilir. İqtisadi və hərbi baxımdan hazırlıqlarını da çoxdan görüb.
Baxın, Avropa Birliyi heç ortalıqda görünürmü? Hadisə olub-bitib, onlar yeni oyanıblar. Çünki seçkilərdə böyük səs itirən Merkel öz dərdinə qalıb…
İndi Türkiyə həm bu böyük oyunu pozmalı, həm də öz milli təhlükəsizliyini etibarlı şəkildə təmin etməlidi. Heç bir yerə də tələsməməlidi! Suriyanın və İraqın gələcəyini qurulacaq yeni siyasi ittifaqlar müəyyən edəcək…
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi