28-09-2017 [09:09]
Rusiya prezidenti Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan sentyabrın 28-də Ankarada görüşəcəklər. Türkiyə hökuməti onların danışıqlarında əsas mövzusunun Suriya və İraq olacağını xəbər verir.
Putinin bir günlük işçi səfərindən üç gün əvvəl iki dövlət başçısı telefon söhbətində İraq Kürdüstanının ziddiyyətli müstəqillik referendumu məsələsini müzakirə etmişdilər.
Türkiyə sentyabrın 25-də İraqın Kürdüstan regionunda keçirilmiş referendumu pisləyib və regional hökumətin başçısı Məsud Bərzanini "xəyanətdə” ittiham edib.
Ankara Bağdadın və beynəlxalq birliyin də qarşı çıxdığı bu referendumu Türkiyənin milli təhlükəsizliyinə hədə sayır. Türkiyə narahatdır ki, İraq Kürdüstanının müstəqilliyi onun öz ərazisindəki kürd əhalini həyəcana gətirə bilər.
Ankara rəsmiləri bildiriblər ki, Ərdoğan və Putin referendum məsələsini sentyabrın 25-də yer almış telefon söhbətində müzakirə ediblər və hər iki lider bu hadisənin İraq və Suriyanın ərazi bütövlüyünə təhlükə yaratdığını qəbul edib.
Kreml İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, hələki kürd müstəqilliyi referendumunu konkret olaraq pisləməyib.
Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.
Moskva və Ankara Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.Rusiya və İran Suriya prezidenti Bəşər Əsəd rejimini dəsytəkləyir, Türkiyə və ABŞ isə Əsəd hökumətinə qarşı olan müxtəlif qiyamçı qruplaşmalara dəstək verirlər.
Lakin Rusiya, İran və Türkiyə bu ayın əvvəllərində Suriyanın İdlib əyalətində "deeskalasiya zonasının” yaradılmasına razılaşıblar. Suriyanın başqa yerlərindəki daha üç "deeskalasya zonası” artıq iyul ayından qüvvədədir.
Belə bir vəziyyətdə Suriya münaqişəsinin bütün tərəfləri İŞİD adlanan təşkilata qarşı döyüşürlər. İslamçılar son vaxtlar nəzarət etdikləri ərazilərin əksər hissəsini itiriblər.
Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 27-də deyib ki, Putinin Türkiyəyə səfəri "sırf praqmatik məqsədlər” güdür. O, əlavə edib ki, iki ölkə ticarət, investisiyalar, mədəniyyət, hərbi texniki sahədə sıx əməkdaşlıq edir.
Bu ayın əvvəllərində Türkiyə Rusiyadan S-400 antitəyyarə raket sisteminin alınmasına dair Moskva ilə saziş imzalayıb.
NATO üzvü olan Türkiyənin alyansın rəqibi Rusiyadan silah alması onun Qərb müttəfiqlərinin narahatlığına səbəb olub.
Azadlıq Radiosu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi