Milli Məclis aqrar sektorla bağlı bir sıra dəyizikliklər edəcək

img

16-08-2010 [12:05]


Milli Məclisin aqrar siyasət komitəsi parlamentin yaz və növbədənkənar sessiyaları dövründə məhsuldar işləmiş, bir sıra qanunlara çoxsaylı əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layhələri hazırlayıb. Komitənin sədri Eldar İbrahimov bildirmişdir ki, sessiyalar dövründə ?Torpaq icarəsi haqqında?, ?Torpaq islahatı haqqında?, ?Torpaq bazarı haqqında?, ?Meliorasiya və irriqasiya haqqında?, ?Taxıl haqqında?, ?Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında?, ?Tütün və tütün məmulatları haqqında?, ?Üzümçülük və şərabçılıq haqqında?, ?Seleksiya nailiyyətləri haqqında?, ?Baytarlıq haqqında?, habelə Torpaq Məcəlləsinə, Su Məcəlləsinə bir sıra səmərəli dəyişikliklər edilib. Aqrar sahəyə aid olan qanunlara edilən bu dəyişikliklər və əlavələr milli qanunvericiliyin Avropa qanunlarının tələblərinə və Dünya Ticarət Təşkilatının qaydalarına uyğunlaşdırılması, eləcə də ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında baş verən möhtəşəm dəyişikliklərlə ahəngdarlığı təmin etmək məqsədi daşıyır. Komitə sədrinin sözlərinə görə, ölkədə kənd təsərrüfatının inkişafı, ekoloji təmiz məhsul istehsalının həcminin artırılması və dünya bazarına yüksək standartlara cavab verən məhsul çıxarılmasını təmin etmək məqsədilə gələcəkdə də qanunlara əlavələr və dəyişikliklər ediləcək, qanunvericilik bazası daha da təkmilləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA