27-09-2017 [12:04]
Türkiyə İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən "referendum”a görə 5 mərhələli "təcrid strategiyasının” tətbiqini müəyyən edib.
Sanksiyalar bölgə əhalisinə deyil, yerli hökumətə tətbiq olunacaq. Həmin mərhələlər aşağıdakılardır:
- Heç bir görüş olmayacaq: İraqın şimalındakı yerli hökuməti ilə yanaşı Barzani ailəsinin də görüşlə bağlı istəkləri nəzərə alınmayacaq. Barzani və heyətinin müxtəlif yollarla "bu bir kürd dövlətinin elan edilməsi deyil, Türkiyəyə qarşı deyilik” şəklində verdikləri mesajlar da "yox” hökmündə sayılacaq. Bölgə hökuməti xaosa səbəb olacaq "referendum” macərasından geri addım atmayanadək onlarla təmas saxlanılmayacaq.
- Ankara-Tehran-Bağdad xətti: Türkiyə, İran və İraq ortaq fəaliyyət planı hazırlaycaq. Hər ölkənin ayrı-ayrılıqda tətbiq etdəcəyi sanksiyalar uzlaşdırılacaq. Bölgə hökumətinə qarşı birgə beynəlxalq diplomatik fəaliyyət göstəriləcək.
- Havadan məhdudiyyət: Ən qısa zamanda Türkiyə ilə İraq arasındakı Habur sərhəd-keçid məntəqəsi bağlanacaq. İraqın şimalındakı yerli hökumətin başçısı Məsud Barzani və ailəsinin uçuşu üçün Türkiyə hava məkanı məhdudlaşdırılacaq. Bununla bağlı bütün uçuşlar üçün hava məkanının bağlanması variantı da masa üzərindədir.
- Sanksiyalar xalqa deyil, bölgə hökumətinə tətbiq ediləcək. İqtisadi sanksiyalar əhalinin həyatına təsir etməyəcək şəkildə tətbiq olunacaq. Gündəlik tələbat mallarının ticarətinə məhdudiyyət qoyulmayacaq. İraqın şimalı ilə Türkiyə arasında ticarət əlaqəsi mərhələli şəkildə dayandırılacaq. Hazırda bölgə xalqı gündəlik tələbat mallarına və dava-dərmana olan ehtiyacının 70 faizini Türkiyənin hesabına ödəyir. Neft nəqlinə məhdudiyyətin tətbiqi də gündəlikdədir. Mərkəzi Bağdad hakimiyyəti ilə anlaşanadək bölgənin nefti Türkiyə torpaqlarından axacaq.
- Türkmənlərə hərbi yardım: Hərbi variant ən son kart kimi masa üzərindədir. Kərkükdə "işlər oldu və başa çatdı” məsələsinə yol verməyəcəyik. Kərkükdəki türkmənlərə qarşı təzyiqlər baş verərsə, əvvəlcə İraqın Başika bölgəsndə "peşmərgə”ni (İraqın şimalındakı silahlılar belə adlanır) terrorçu İŞİD qruplaşmasına qarşı təlimatlandıran 500-ə yaxın, sonra ölkə üzrə 2 minə qədər Türkiyə hərbçisi fəaliyyətə keçəcək.
"Report”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi