Bərzanini dəstəkləyən məmurla bağlı - Prokurorluqdan açıqlama

img

26-09-2017 [17:18]


Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sədri Füzuli Tanirverdiyevin sosial şəbəkədə İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu dəstəkləməsi ilə bağlı paylaşımları araşdırılır.

Mia.az xəbər verir ki, bu barədə axar.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra mediaya ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA