ABŞ Prezidenti Barak Obama Prezident ilham Əliyevə xoz arzularını çatdırıb

img

14-08-2010 [06:31]


ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müsəlmanların müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularını çatdırıb. Azərbaycan Prezidentinə öz salamlarını ABŞ Prezidenti 13 avqustda Ağ Evdə keçirilmiş iftar ziyafəti vaxtı Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevlə qısa söhbəti zamanı ifadə edib. Azərbaycan Respublikasıının ABŞ-dakı Səfirliyidən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bir sıra xarici dövlətlərin səfirlərinin, Administrasiyanın və Konqresin üzvlərinin və ABŞ-ın müsəlman icmasının nümayəndələrinin qatıldığı ziyafət Müqəddəs Quran surələrinin oxunması ilə başlamış və sonra qonaqlar iftar masasına dəvət olunmuşlar. İftar məclisinin iştirakçıları qarşısında etdiyi çıxışında Prezident Obama Ramazanın düşüncə, etiqada sadiqlik, ehtiyacı olanları yardım və dəstək ayı olduğunu bildirmişdir. ABŞ Prezidenti qeyd etmişdir ki, irqi bərabərlik dini olan İslam daima Amerika həyatının bir hissəsi olmuş və Amerika müsəlmanları ABŞ-ın inkişafına böyük töhfələr vermişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA