Prezident İlham Əliyev Angela Merkelə təbrik məktubu göndərdi - Mətn

img

26-09-2017 [10:55]


Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, təbrikdə deyilir:

 "Hörmətli xanım Federal Kansler,

Başçılıq etdiyiniz Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın ifadəsidir.

Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA