Ərdoğan Bərzani ilə danışmaqdan imtina etdi: "İki aydır Ərdoğanla dəfələrə danışmaq istədim, ancaq..."

img

26-09-2017 [10:25]


Xəbər verdiyimiz kimi, dünən İraq Kürd Bölgə Muxtariyyəti rəsmi Bağdad və dünyanın önəmli ölkələrinin etirazlarına baxmayaraq, müstəqilliklə bağlı referendum keçirib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, muxtar vilayətin baş naziri Nəçrivan Bərzani referendumu müzakirə etmək üçün son iki ay ərzində dəfələrə rəsmi Ankaraya mesaj göndərib, görüşmək istədiklərini bildirib:

"Türkiyənin bizi anlamasını gözləyirik. Referendum əsla sentyabrın 26-da Kürdüstan dövlətini elan edəcəyimiz anlamına gəlmir. Mən son iki ayda şəxsən cənab Ərdoğanla dəfələrə danışmağa, görüşməyə cəhd etdim, yenə də edirəm. Təəssüf ki, hətta telefonla danışmaq cəhdlərimiz alınmadı".

Bərzani deyib ki, Ərdoğan onunla, o cümlədən vilayətin lideri Məsud Bərzani ilə təmasa keçməkdən imtina edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA