26-09-2017 [09:50]
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ötən həftəsonu Suriyanın şəriqndə həlak olmuş rusiyalı generalın ölümünə Birləşmiş Ştatların bais olduğunu deyib.
Hadisənin baş verdiyi 24 sentyabrda Rusiyanın dəstəklədiyi qüvvələr ABŞ-ın təlimləndirdiyi və təchiz etdiyi qüvvələrin mövqeyinə təhlükəli şəkildə yaxınlaşıbmış.
Rusiyanın Müdafiə Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, general-leytenant Valeri Asapov Deyr ez-Zor şəhəri yaxınlığının mərmi atəşinə tutulması nəticəsində həlak olub.
Ryabkov dövlətin nəzarətində olan "RİA Novosti" agentliyinə deyib ki, Rusiya komandanının ölümü "Amerikanın Suriyadakı ikiüzlü siyasətinin ağır bədəlidir”.
Xarici işlər nazirinin müavini deyib: "Amerika tərəfi bəyan edir ki, o, İŞİD-in ləğv edilməsində maraqlıdır, lakin onun bir sıra hərəkətləri bunun əksini göstərir. Vaşinqton üçün bəzi siyasi və geosiyasi məqsədlər daha vacibdir”.
Moskva və Vaşinqton Suriya müharibəsibndə iki bir-birindən ayrı hərbi qüvvəni dəstəkləyir. Lakin hər iki qüvvə İraq sərhədi yaxınlığında İŞİD qüvvələrinin üzərinə yeriyir.
Vaşinqtondan Ryabkovun bəyanatına hələlik heç bir reaksiya olmayıb.
Buna bənzər ittihamları əvvəllər Vaşinqton da səsləndirib.
Birləşmiş Ştatlar dəfələrlə bildirib ki, Rusiya qüvvələri terrorçuları vurduğunu bəyan etsə də, əslində ABŞ-ın dəstəklədiyi qüvvələri hədəfləyir.
Rusiya aviasiyasının və İrana müttəfiq quru qüvvələrinin dəstəklədiyi Suriya hökumət qoşunları Fərat çayının qərb sahilində Deyr ez-Zor vilayətinin əksər ərazilərinə nəzarəti ələ alıb.
ABŞ tərəfindən dəstəklənən və kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) sentyabrın 20-də bildirmişdi ki, İŞİD-in Deyr ez-Zorun şimalında yerləşən son istehkamı Raqqa üzərinə hücum əməliyyatı son mərhələsinə daxil olub.
Bir-birinə çox yaxın ərazidə döyüşən iki qüvvənin qeyri-ixtiyari toqquşa biləcəyindən naraharlıqlar mövcuddur.
Rusiya Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Suriya qoşunları ABŞ-ın dəstəklədiyi kürd silahlıların mövqeyindən atəşə məruz qalsa, Rusiya dərhal cavab verəcək.
Belə bir vəziyyət ötən həftə ilk dəfə olaraq ABŞ və Rusiya generallarının üzbəüz görüşünü zəruri etmişdi. Onlar tərəflər arasında təsadüfi toqquşlmaların qarşısının alınması tədbirlərini müzakirə etmişdilər.
Bu arada SDQ-nin sözçşüsü deyib ki, Rusiya təyyarələri onun Deyr ez-Zordan çox da uzaq olmayan qaz yataqları ərazisində yerləşən qüvvələrini atəşə tutub. Briqada generalı Təlal Silo bu hücum zamanı ölən və yaralananlar barədə heç bir təfərrüat verməyib. Rusiya hərbiyyəsi isə bu ittihamı rədd edrək bildirib ki, onun təyyarələri bir neçə mənbə tərəfindən təsdiq edilmiş obyektlərə dəqiq zərbələr endirir.
SDQ qüvvələri sentyabrın 23-də ölkənin Konikoda yerləşən ən böyük qaz yatağını İŞİD-dən geri aldığını bəyan edib.
Suriya müxalifəti bildirir ki, ölkənin başqa yerlərində Rusiyanın hava zərbələri nəticəsində 36 mülki həlak olub.
Azadlıq Radiosu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi