Rəsmi Bağdaddan referenduma daha bir sərt yanaşma: "Dialoq və ya müzakirəyə lüzum görmürük”

img

26-09-2017 [09:34]


Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.
 
"Reuters"in verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
"Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, deyə baş nazir bildirib. 

Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.
 
Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri  bu gün axşam saatlarında açıqlanacaq/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA