Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkında baz vermiz yanğınla bağlı açıqlama yayıb

img

14-08-2010 [12:00]


Son günlər Respublikamızın ərazisində havaların isti və quraqlıq keçməsi ilə əlaqədar olaraq meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın baş vermə təhlükəsi artıb. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları bu təhlukənin qarşısının alınması məqsədilə bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edib. Mütəmadi olaraq əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır və zəruri profilaktiv tədbirlər görülməsi davam etdirilir. Lakin vətəndaşlıq borcunu başa düşməyən bəzi şəxslər və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 13 avqust 2010-cu il tarixdə saat 17:00 radələrində Şahdağ Milli parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsi baş verib. Yanğının baş vermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmə gənclərin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Yanğın 4 ha ərazini əhatə edib. Yanğının söndürülməsi üçün ETSN-nin yerli qurumlarının əməkdaşları, FHN-nin Şamaxıda yerləşən hərbi hissəsinin əsgərləri, Qəbələ rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları fəal iştirak edir və dünən gecə vaxtlarında yanğının güclü alovlanmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi əraznin genişlənməməsi üçün ərazi tam nəzarətə götürülmüş və bu sahədə ciddi tədbirlər görülür. Yanğını söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 1 helekopteri də cəlb olunub. Yanğının baş verdiyi ərazi seyrək meşəlik, əsasən kol-koslu qayalıq ərazi olduğundan, ilkin ehtimala görə meşəyə ciddi ziyan dəyməyib. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür. Bundan başqa, 11.08.2010-cu il tarixdə saat 14:30 radələrində Quba rayonun Aşağı Xuc bələdiyyəsinin ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən ?Yanğın Təlükəsizliyi Haqqında Qanun?un tələbləri pozularaq taxıl biçilmiş sahələrin kövşənləri yandırılıb. Küləkli hava şərati yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirmiş və Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2,5 ha meşə fonduna keçib. Yanğın ETSN-nin yerli qurumlarının və FHN ?in Quba, Qusar və Şabran rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyləri nəticəsində, saat 19:00 radələrində operativ qaydada söndürülüb. Meşə fonduna ciddi ziyan dəyməmiş, torpaq səthində olan quru otlar və yarpaqlar yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayyət etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA