24-09-2017 [19:45]
Prof.Dr. Qüdrət İsaqov
Son zamanlar Azərbaycanda bəzi məktəblərdə rus dilinin intensiv tədrisi əleyhinə bir çox tanınmış insanlar mətbuatda çıxışlar edirlər. Bu insanlar rus dilinin əhəmiyyətini, Azərbaycanda rus dilinin vacibliyini ya dərk etmirlər, ya da rus dilinin əleyhinə təbliğatılar aparmaqla radikal millətçi kəsimin rəğbətini qazanmaq istəyirlər.
1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuşdum. Bərk cisimlər fizikasına aid biliklərimi zənginləşdirmək və tədqiqatlarım sahəsində daha böyük informasiyalar toplamaq məqsədilə vaxtımın çoxunu Axundov kitabxanasında, Elmlər Akademiyasının Fundamental kitabxanasında və Fizika İnstitutunun kitabxanasında keçirirdim. Hər gün Elmlər Akademiyasının Fundamental kitabxanasında diqqətimi cəlb edən bir mənzərə ilə qarşılaşırdım. Bu kitabxananın oxu zalında milliyyətcə rusa oxşayan yaşlı bir qadın görürdüm. Qadın həmişə nəsə yazırdı. Gün ərzində qadına 10-15 nəfər yaxınlaşıb özlərinin yazılarını verirdilər. Maraq məni bürüdüyündən 2-3 aydan sonra qadına yaxınlaşıb soruşdum ki, siz hansı sahə ilə məşğulsunuz, milliyyətiniz nədir? Qadın mənə dedi ki, onun 76 yaşı var. Milliyyətcə polyakdır. Sankt-Peterburqda yaşayıblar. Çar gimnaziyasında oxuyub. 6 yaşında gimnaziyanın 1-ci sinfinə gedib. Qadın dedi ki, o zaman birinci sinfdən bütün oğlanlara intensiv şəkildə 5 dil, qızlara 4 dil öyrədirdilər. Yaşlı xanım dedi ki, onun öyrəndikləri 4 dil ingilis, fransız, alman və ispan dilləri olub. Hər biri bir qrupa daxil olan bu dilləri bilməklə onlarla dil öyrənmək mümkündü. Mən ondan soruşdum ki, siz bu gün neçə dili bir-birinə çevirə bilirsiniz? Dedi ki, 17 dildəki mətnləri bir-birinə çevirə bilir. İstəsə 3-4 aya əlavə bir dil öyrənə bilər. Yaşlı qadın dedi ki, onun yalnız böyük dillərdən ərəb, türk və çin dillərini öyrənmək problemi ola bilər. Çünki o həmən dilləri gimnaziyada keçməyib. Öyrəndim ki, bu xanımın yanına gələnlərin hamısı müxtəlif elm sahələri ilə məşğul olan alimlərdilər. Poliqlot xanım həmən alimlərin araşdırmaları üçun lazım olan məqalələri rus dilinə və digər dillərə çevirir. Poliqlot xanım mənə bunu da dedi ki, xarici dilləri 5-6 yaşdan gec olmayaraq öyrənmək lazimdı. Uşaqlar dilləri həmən yaşlarda daha yaxşı qavrayırlar. 10-12 yaşlardan sonra uşaqlar qocalırlar və xarici dilləri öyrənə bilmirlər.
Yadıma gəlir ki, biz rus dilini 2-ci sinifdə, Avropa dillərindən ingilis, fransız, yaxud alman(bu dillərdən ancaq birini) 5-ci sinifdən-yəni 12 yaşdan başlayaraq öyrənirdik. Yəni orta məktəbdə rus dilini orta babat öyrənə bilsək də, ingilis, fransız, yaxud alman dillərindən bir şey öyrənə bilmirdik. Həmən poliqlot xanımın dediyi kimi dil öyrənmək baxımından qocalıb yaşlanan vəziyyətdə bir şey öyrənmək olmur.
Bu gün rus dili dünya BMT və YUNESKO miqyasında 6 dildən biridir.
Rus dili dünyanın 3 nəhəng imperiyasından (Rusiya, ABŞ, Çin) biri olan Rusiyanın dilidir.
Rusiya dünyanın ən böyük nüvə dövlətidir.
Rusiya dünyanın nüvə silahı daşıyıcılarının sayına görə birinci dövlətdir.
Rusiya dünyanın yeraltı və yerüstü sərvətlərinə görə ən güclü düvlətdir.
ABŞ və Avropa Birliyi Dövlətləri Rusiyanın sərvətlərindən həmişə bəhrələnmək istəyib və gələcəkdə də bunu istəyəcək.
Dünyanın ən böyük imperiyası olan Rusiya Azərbaycanın ən böyük qonşusudur.
Azərbaycan elmi Rusiya elmindən bəhrələnib, Rusiya elmindən yaranıb.
SSRİ dövründə Azərbaycan elmi Sovetlər İttifaqı elminin təsirilə yaranmışdı, Sovetlər elminin təsirilə inkişaf edirdi.
Azərbaycan Sovetlər İmperiyasının tərkibinə,yəni rus imperiyasının tərkibinə müstəqil və suveren dövlət kimi daxil olmuşdu. Ona görə də biz SSRİ dağılan kimi müstəqil dövlət olduq.
İran Azərbaycanından fərqli olaraq biz Sovetlər İmperiyasının tərkibində suveren bir dövlət olaraq öz dilimizdə, orta məktəblərimizi, universitetlərimizi yaratdıq.
Azərbaycan tarixinin ən böyük ədəbiyyatı Sovetlər İmperiyası zamanı yarandı.
Azərbaycan elmi, Azərbaycan sənayesi Sovetlər İmperiyası dövründə yarandı.
İndi şimali Azərbaycan müstəqil dövlətdir. Şimali Azərbaycan məhz ona görə müsrəqil dövlət oldu ki, biz əvvəlcə Çar Rusiyasının tərkibinə daxil olduq, Sonra da Sovetlər İmperiyasının tərkibinə suveren respublika olaraq daxil olduq. Belə olmasaydı xanlıqlara parçalanan Şimali Azərbaycan ya xanlıqlararası müharibələr nəticəsində tamamilə məhv olacaqdı, yaxud da İran bizi öz tərkibinə birləşdirəcəkdi. Dilimizdə nə bir mədərəsəmiz, nə bir universitetimiz, nə bir kitabımız olmayacaqdı.
Yəni biz Rusiyanın müstəmləkəsi olsaq da İranın müstəmləkəsi olan Cənubi Azərbaycanla müqayisədə daha böyük inkişaf yoluna çıxdıq. Biz müstəqil olduq. Biz Avropa dövləti olduq.
Bu gün bütün dünya Rusiyanın təbii sərvətlərinə sahiblənmək istəyir. Çin və Yaponiya Rusiyanın şərqini ozəlləşdirmək istəyir. ABŞ sanksiyalar və demokratiya oyunları ilə Rusiyanı dağıtmaq və Rusiyanın sərvətlərinə sahib olmaq istəyir.
Rusiyada 2-3 milyona yaxın Azərbaycanlı yaşayır. Rusiya Azərbaycanın ən nəhəng qonşusudur. Biz istəsək də, istəməsək də Rusiya ilə iqtisadi, siyasi, elmi əlaqələr yaratmalıyıq. Biz rus dilini bilməyə məcburuq.
Biz dünya ilə inteqrasiyamızı artırmaq, qloballaşma dövründə milli müstqilliyimizi qorumaq naminə, elmimizi, təhsilimizi inkişaf etdirmək, müasir iqtisadiyyatımızı qurmaq naminə həm də ingilis dilini intensiv şəkildə öyrənməliyik.
Bu gün sayılı məktəblərdə 1-ci sinfindən başlayaraq rus dilinin intensiv öyrənilməsini alqışlamaq lazımdır. Amma sual olunur ki, niyə bu gün Azərbaycan məktəblərində dünyanın ən lazımlı dili olan ingilis dili intensiv şəkildə tədris olunmur?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi