Mehdiabad qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanının adına ehsan süfrəsi verilib

img

13-08-2010 [03:31]


"Abşeron rayonun Mehdiabad qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına ehsan süfrəsi verilib". Bu barədə Müstəqil İnformasiya Agentliyinə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, şəhidin rununa dini ayinlər oxunub ve onun qəhrəmanlıqından danışılıb: "Bu təşəbüs qəsəbə sakinlərinin özündən gəlib və xeyli sayda insan tedbirdə iştirak edib. Hətta xanimlar üçün də cadır qurulub. Mərasimə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, qəsəbənin axundu Hacı Tahir Abbasovda qatılıb. Qəhrəmanın bu səviyədə qeyd edilməsi teqdirəlayiqdir. Xalqımızın yüzlərlə Mübariz İbrahimov kimi övladları var. Bu onun gösterir ki, Qarabag savaşında şəhid olmaqa hazir olan gənclərimiz var. Biz növbəti savaşda Qarabağı müharibə etməklə geri qaytara biləcəyik. Bu məni çox sevindirir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA