21-09-2017 [21:33]
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası"nı təsdiq edib.
Qaydaya əsasən, məlumat təchizatçıları tərəfindən kredit bürosuna kredit tarixçəsinin tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların təqdim edilməsi və kredit büroları tərəfindən məlumat istifadəçilərinə kredit tarixçələrini təşkil edən məlumatların təqdim edilməsi bu Qaydanın 3.5-ci, 3.6-cı və 3.7-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit tarixçəsi subyektinin yazılı (o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında) razılığı əsasında həyata keçirilir.
Kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri) tərəfindən kredit tarixçəsini təşkil edən məlumatın kredit bürosundan alınmasına kredit tarixçəsi subyektinin razılığı tələb olunmur.
Kredit tarixçəsinin subyekti vəfat etdikdə, ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Bu halda müvafiq olaraq vərəsənin, qanuni nümayəndənin, valideynin və ya himayəçinin, şəxs səlahiyyətli nümayəndəsi vasitəsilə razılıq verdikdə isə səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməlidir.
Məlumat təchizatçısı tərəfindən kredit bürosuna kredit tarixçəsini təşkil edən məlumat Qanunun 17.4-cü maddəsinə uyğun olaraq elektron formada təqdim edilir. Məlumat təchizatçısı tərəfindən kredit bürosuna məlumat kredit bürosu sisteminin müvafiq məlumat yükləmə vasitələri ilə birbaşa və ya Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada "Elektron hökumət” portalı vasitəsilə təqdim edilir.
Məlumat təchizatçısı və ya məlumat istifadəçisi tərəfindən razılığın alınması faktı kredit bürosu üçün təsdiqlənmədiyi təqdirdə kredit bürosu məlumat təchizatçısı tərəfindən təqdim edilmiş kredit tarixçəsini təşkil edən məlumatları qəbul etməkdən və ya kredit hesabatını məlumat istifadəçisinə təqdim etməkdən imtina edir/Trend.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi