Rektor təsdiqlədi - Hicablı tələbələr dərsə buraxılmır

img

21-09-2017 [19:23]


Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

Modern.az saytı məsələ ilə bağlı universitetin rektoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

"Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik".

Rektor bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır.

"Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA