Prokurorluq məsciddə qızla sevizən molla ilə bağlı arazdırma aparır

img

13-08-2010 [01:56]


Baş Prokurorluq Göyçay məscidində qız sevən molla ilə bağlı araşdırma aparır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Göyçay şəhər məscidinin axundu kimi təqdim edilən Əsgər Babayev tərəfindən işlədiyi məsciddə yetkinlik yaşına çatmayan qızla əxlaqsız hərəkətlərə yol verildiyi və bu hərəkətləri özündə əks etdirən video kadrların internet şəbəkəsi vasitəsi ilə yayımlanması barədə informasiyalar dərc olunub. Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsi barədə konkret göstərişlər verilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA