Məleykə Abbaszadə: "Builki məzunların 50 faizi 200 baldan az nəticə göstərərək məqbul ala bilməyib"

img

13-08-2010 [01:27]


?Qəbul imtahanlarında builki məzunların 50 faizi 200 baldan az nəticə göstərərək məqbul ala bilməyib?. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M.Abbaszadə deyib ki, orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunların qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəkləri güman olunsa da, bu ehtimal özünü doğrultmayıb. TQDK sədri deyib ki, builki qəbul imtahanlarında 2010-cu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. 2010/2011-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu avqustun 11-də başa çatıb. Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə bildirb ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak ediblər. Seçmə turlar ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib. TQDK sədri onu da bildirib ki, ilkin statistik məlumatlara əsasən ümumi (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 30660 abituriyent ərizə təqdim edib. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. M.Abbaszadə deyib ki, qəbul imtahanı avqustun 29-da Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA