41-42 dərəcəlik istilər bir neçə gün də davam edəcək

img

13-08-2010 [12:28]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında avqustun 13-də hava günəşli olacaq, şimal-şərq küləyi əsəcək.havanın temperaturu gündüz 37-39, yarımadanın bəzi yerlərində 40, axşam 26-29, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 30-31 dərəcə isti olacaq. Avqustun 14-də hava az buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 30-31 dərəcə isti olacaq. Avqustun 15-də hava az buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 41 dərəcə isti olacaq. Avqustun 16-da hava az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 36-39 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 14-də hava yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 37-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-20, gündüz 29-34 dərəcə isti olacaq. Avqustun 15 və 16-da hava yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA