Azərbaycan Tələbələr Birliyinin katibi Harvard Universitetinin proqramında iztirak edir

img

13-08-2010 [12:06]


Bu günlərdə Azərbaycan Tələbələr Birliyinin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov Tiflis Azad Universitetinin, Beynəlxalq Sprak Proqramının və Harvard Universitetinin birgə təşkilatçılığı ilə keçirilən liderlik üzrə beynəlxalq yay məktəbində iştirak edir. Beynəlxalq yay məktəbi cari ilin 10-20 avqust tarixlərində Gürcüstanın Bazaleti şəhərində, Tiflis Azad Universitetinin təlim mərkəzində keçiriləcəkdir. 80 tələbənin iştirak edəcəyi yay məktəbində Harvard universitetinin professorları müxtəlif mövzular ətrafında mühazirələr keçəcəkdir. Ölkəmizi yay məktəbində 6 nəfər tələbə təmsil edir. Yay məktəbinin sonunda tələbələr öz hazırladıqları layihəni təqdim etməlidirlər. Uğurla iştirak edən tələbələr sonda sertifikat alacaqlar. Azərbaycan Tələbələr Birliyinin sosial məsələlər üzrə katibi Nurlan Əhmədovun da iştirak etdiyi beynəlxalq yay məktəbinin əsas məqsədi müxtəlif sahələr üzrə liderlərin formalaşmasına kömək etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA