QMi məsciddə qızı öpən molla ilə bağlı məlumat yayıb

img

12-08-2010 [05:41]


Qafqaz Müsəlmanları İdarəsi Göyçayda şəhər məscidinin axundunun məsciddə qızla sevişməsi barədə yayılan məlumatlara münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilir ki, hadisədə adı hallandırılan Əsgər Babayev Göyçay məscidinin axundu deyil. Həmin şəxs sadəcə məscidin icma sədri olmaq iddiasında olan adamdır. Lakin onun icma sədrliyinə namizədliyi müəyyən səbəblər üzündən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqbul sayılıb və sənədləri geri qaytarılıb. Məlumatda o da qeyd edilir ki, əvvəllər axund vəzifəsinə də iddiaçı olan Əsgər Babayev Qafqaz Müsəlmanları İdarəsində attestasiyadan keçə bilmədiyi üçün bu vəzifəyə təyinat ala bilməyib. ?Bununla belə, Qafqaz Müsəlmanları İdarəsi mətbuatda səhvən Göyçay şəhər məscidinin axundu kimi təqdim olunan Əsgər Babayevin ibadət evində nalayiq davranışının böyük günah sayır. Bu hal təsdiqini taparsa, hüquq-mühafizə orqanları tərəfindən lazımi ölçü götürülməsini vacib sayırıq?,- QMİ mətbuat xidmətinin prezrelizində qeyd olunur. Xatırladaq ki, dünən facebook sosial şəbəkəsində Göyçay şəhər məscidində ibadət edən dinarlar tərəfindən mobil telefonla çəkildiyi, oğlanın isə axund Əsgər Babayev olduğu bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA