19-09-2017 [20:33]
"ABŞ üçün təhdidlər davam edərsə, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”.
Bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən deyib.
D. Tramp qeyd edib ki, "raket adam" (Kim Çen In) öz rejimi və özü üçün sui-qəsd hazırlayır: "ABŞ-ın çox səbri var, güclüdür, ancaq bizim özümüzü, ya da mütəffiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq”.
ABŞ dövlət başçısı deyib ki, artıq Şimali Koreyanın nüvəsizləşdirmədən başqa bir əlacının qalmadığını dərk etmək vaxtı çatıb.
BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreya ilə bağlı qətnamə qəbul edildiyini xatırladan D.Tramp deyib ki, Pxenyana qarşı daha geniş tədbirlər görülməlidir: "Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik”.
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi ABŞ-ı nüvə silahı ilə təhdid edib. Belə ki, Şimali Koreya rəhbərliyi mətbuata açıqlamasında ABŞ-ın hər hansı hücum cəhdinə Şimali Koreya "nüvə hücumu” ilə cavab verəcəyini bildirib.
Şimali Koreyanın müdafiə naziri Pak Yonq-Sık ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür addım atmağa hazır olduqlarını açıqlayıb. Nazir deyib ki, ABŞ Şimali Koreyanı nüvə silahı ilə təhdid etməkdən əl çəkməsə, Şimali Koreya ordusu heç bir xəbərdarlıq etmədən Amerikanın "ürəyinə” ən geniş nüvə zərbəsi endirəcək: "Dünyada ABŞ deyilən yerdən heç bir iz də qalmayacaq".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı qəbul edilmiş qətnamə Pxenyanın ixrac və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi