19-09-2017 [15:39]
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, səfər zamanı onlar Azərbaycanda ədliyyə sisteminin azadlığı, məhbusların saxlanma şəraiti, sərbəst toplaşma azadlığı və QHT sahəsində qanunvericilik məsələlərinə dair müzakirələr aparıblar. Görüşlərdə media azadlığı və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının, o cümlədən İlqar Məmmədovun təxirə salınmadan azadlığa buraxılmasını tələb edən qərarın icrası məsələləri də müzakirə olunub.
Səfər zamanı həmməruzəçilər "Turan” İnformasiya Agentliyinin ofisinə gediblər və agentliyin rəhbəri Mehman Əliyevlə görüşüblər.
"Biz agentliyin üzərindən vergi sanksiyalarının götürülməsinə dair xəbərləri alqışlayırıq və rəsmi şəxsləri Mehman Əliyevin üzərində olan bütün maddələri götürməyə çağırırıq. Biz Azərbaycan rəhbərliyinə səmimi danışıqlar və davam edən dialoq üçün təşəkkür edirik”, - deyə bəyanatda qeyd olunur.
Səfər zamanı həmməruzəçilər Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə nazirinin müavini ilə görüşüblər. Onların vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər, hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailələri ilə görüşləri də olub. Həmməruzəçilər istintaq təcridxanasında Əziz Orucova, 10 saylı cəzaçəkmə müəssisəsində Fuad Qəhrəmanlıya və 14 saylı cəzaçəkmə müəssisəsində Mehman Hüseynova baş çəkiblər. Qonaqlar Qobustanda yerləşən həbsxanaya da gediblər.
"Azərbaycanda demokratik institutların fəaliyyəti” haqqında müzakirələrin oktyabrın 11-də AŞPA-nın plenar sessiyası zamanı keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, həmməruzəçilər sentyabrın 14-16-da Azərbaycanda faktaraşdırıcı səfərdə olublar.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi