Samir Şərifovdan Beynəlxalq Bankla bağlı açıqlama: "2018-ci ilin əvvəlində bu proseslərə başlaya bilərik"

img

19-09-2017 [12:50]


"Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq".

Bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, artıq dövlət bankının özəlləşdirilməsi öncəsi tədbirləri həyata keçirmək olar: "Məhz buna görə, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana səfəri bununla maraqlandı. Adıçəkilən maliyyə təşkilatı bu prosesdə iştirak etmək üçün maraq göstərib. Bu müzakirələri gələcəkdə də davam etdirəcəyik".

Hər hansı başqa beynəlxalq maliyyə qurumunun ABB-nin özəlləşdirilməsinə maraq göstərməsinə gəlincə, nazir bildirib ki, hələlik bu barədə danışmaq çox tezdir. S.Şərifov bildirib ki, özəlləşdirilmə prosesinə təcrübəli və beynəlxalq arenada nüfuzu olan məsləhətçilər cəlb ediləcək: "Bunun əsasında bankın özəlləşdirilmə strategiyası formalaşacaq və bundan sonra həmin strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə özəlləşməyə açıq elan olunacaq. 2018-ci ilin əvvəlində biz bu proseslərə başlaya bilərik".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA