Ölkənin bir çox mağazalarından yararsız məhsul azkarlandı

img

12-08-2010 [04:12]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də Xaçmaz, Kürdəmir, Tərtər, Masallı, İmişli rayonlarını əhatə edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı 14 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır: Bakının Nərimanov rayonunda - Təbriz küçəsi, ev 17 ünvanında yerləşən ?2002 market?də; - C.Hacıbəyli küçəsi, 22 ünvanında yerləşən ?Prestij market?də; - A.Məmmədzadə küçəsi, 5/7 ünvanında yerləşən ?Okean market?də; - A.Nemətulla küçəsi, 26 ünvanında yerləşən ?Araz market?də; - A.Nemətulla küçəsi, 79 ünvanında yerləşən ?Moskva market?də; - Ə.Rəcəbli prospekti, ev 3V/2 ünvanında yerləşən ?Göyçay market?də; Yasamal rayonunda - H.Zərdabi küçəsi, 53A ünvanında yerləşən ?Ser market?də; - Ə.Əhmədov küçəsi, ev 28 ünvanında yerləşən ?Əfras market?də; - M.Müşfiq küçəsi, 11/13 ünvanında yerləşən ?Fidania market?də; Sabunçu rayonunda - Sabunçu qəsəsbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən ?Xəzər market?də; - Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 54 ünvanında yerləşən ?Lider market?də; - Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 14, mənzil 2 ünvanında yerləşən ?Zirvə market?də; - Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 12/2 ünvanında yerləşən ?Yaşıl market?də; - Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində yerləşən ?Makro market?də; Nəsimi rayonunda - 28 may küçəsi, 34 ünvanında yerləşən ?Qahab market?də; - Azadlıq prospekti, 95 ünvanında yerləşən ?Universal market?də; - Ak. Həsən Əliyev, ev 88 ünvanında yerləşən ?Min bir gecə market?də; Kürdəmir şəhərində - Bakı prospektində Füzuli Məmmədova məxsus mağazada; Tərtər rayonunda - H.Əliyev prospektində Şahmar İbrahimova məxsus mağazada; İmişli şəhərində - H.Əliyev prospektində Məhərrəm Ağaməmmədov və Yəhya Mürsəlova məxsus mağazalarda; - M.Əzizbəyov küçəsində Vilayət Nağıyevə və Səftər Məmmədova məxsus mağazalarda; Xaçmaz rayonunda - Nərəcan kəndində Şahin Qeybullayevə məxsus mağazada; Masallı şəhərində - 20 yanvar küşəsində yerləşən İqbal Əliyevə məxsus mağazada. Monitorinq zamanı ümumi çəkisi 716 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA