Mərkəzi Bankdan kreditlərlə bağlı açıqlama: "Aktivlik bərpa olunmayıb"

img

19-09-2017 [09:36]


2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.
 
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası hesabat dövründə 8%-dən çox artıb.
 
"Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur", - deyə məlumatda vurğulanıb.
 
Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb: "Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub".
 
AMB-nin likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA