Bağdaddan daha bir sərt addım: kürdlərin müstəqillik seçkisi "beşikdə boğulur" - Bərzani hansı addımı atacaq?

img

18-09-2017 [21:23]


İraq Ali Məhkəməsi İraq Kürd Muxtar Vilayətinin 25 sentyabrda keçirmək istədiyi referendum qərarını ləğv edib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə dövlətin tələbi və seçkinin qanunazidd olmasını əsas gətirərək, keçirilməsini dayandırıb.

Bu barədə məhkəmədən bidirilib ki, referendumu Iraq baş naziri Heydər el İbadi ilə parlamentin 4 deputatının iddia tələbi əsasında dayandırıbar: "Məhkəmə Kürdistan və mübahisəli bölgələrdə referendumun durdurulması üçün gələn tələbləri dəyərəndirib. Yekin olaraq, 25 sentyabrda keçirilməsi panlanmış referendumun konstitusiya zidd olduğunu əsas gətirilib, durduruldu".

Xatıradaq ki, kürdlərin lideri Bərzaninin referendum qərarına İraq mərkəzi hökuməti, eyni zamanda, bölgədə yaşayan türkmən və ərəblər, həmçinin, ABŞ, BMT, İngiltərə, Türkiyə və İran qarşı çıxıblar.

Hətta İraqın baş naziri Heydər əl İbadi referendumun qanunsuz olduğunu deyərək, Bərzani hökumətinin hərbi müdaxilə hədələyib. İraq parlamenti isə referendum aktını birmənalı rədd edib. Lakin dünən Bərzani vilayət məclisini toplayaraq, təhdidlərə boyun əyməyəcəklərini bəyan edərək, seçkini keçirəcəklərini elan edib.

Məhkəmə isə bu gün seçkini dayandıran qərar verib.

Maraqlıdır, bundan sonra nə baş verəcək? Bərzanı İraq Ali Məhkəməsinin qərarına əməl edəcək, yoxsa "yola davam" deyəcək?

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA