Nalbəndyandan 5 rayonun qaytarılması haqda sensasion açıqlama: “Söhbət təhlükə yaratmayacaq ərazilərdən gedir"

img

18-09-2017 [21:08]


Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilk dəfə olaraq işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılacağının mümkünlüyü barədə danışıb.

Ermənistan diasporasının Yerevanda keçirilən forumunda çıxış edən Nalbəndyan erməni ictimai rəyində müzakirə edilən Qarabağ münaqişəsinin həlli üçün işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması planı ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, burada söhbət  separatçı rejimə təhlükə yaratmayan ərazilər nəzərdə tutulur:  "Söhbət Qarabağın təhlükəsizliyinə təhlükə yaratmayacaq ərazilərdən gedir. Digər təfərrüatları aça bilmərəm”.

O qeyd edib ki, münaqişənin həlli yalnız dinc danışıqlar yolu ilə mümkündür və bunun alternativi yoxdur/Strateq.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA