Prezident İlham Əliyev yəhudiləri təbrik etdi - Mətn

img

18-09-2017 [20:21]


Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

 Təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

 Sizi yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.  Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.

 Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

 Əziz dostlar!

 Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

 Bayramınız mübarək olsun!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA