Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - FOTOLAR

img

18-09-2017 [17:45]


Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissədə olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazirlik rəhbərliyi Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünü ziyarət edib.
 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.
 
Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA