Hacıbala Abutalıbov partiya sədrindən rüzvət istəyir

img

12-08-2010 [03:14]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ondan rüşvət istəməsi ilə bağlı ölkə prezidentinə müraciət edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətdə Ağa Nemətulla küçəsi, 29/89 ünvanında yerləşən və öz adına özəlləşdirilmiş yararsız binanın yerində arxitekturaya uyğun olan müasir tipli ofis binasının tikilməsi üçün Hacıbala Abutalıbovun Hafiz Hacıyevdən rüşvət tələb etməsi faktı öz əksini tapıb. Qeyd edək ki, yüksək standartlara uyğun həmin binanın tikilməsi üçün bütün aidiyyatı təşkilatlardan razılıq alınsa da, BŞİH başçısı Hacıbala Abutalıbov bu yöndə dəfələrlə N,Nacıyevə ünvanlanan rəsmi məktublara müxtəlif bəhanələrlə razılıq verməyib və partiya sədrindən rüşvət tələb edib. Partiya sədrinin ölkə başçısına ünvanladığı müraciətin mətni belədir: Çox hörmətli İlham Əliyev cənabları! Nərimanov rayonunun ərazisində mənim adıma özəlləşdirilmiş 184,3 kv.m-lik qeyri-yaşayış sahəsində Müasir Müsavat Partiyası üçün ofis binası inşa etdirmək istəyirəm. Hesab edirəm ki, müasir standartlara uyğun olan həmin binada MMP bu günə qədər dövlət və dövlətçilik naminə yürütdüyü siyasətini daha da genişləndirəcək. Həmçinin, Azərbaycanda siyasi partiyanın bu cür müasir binada oturması beynəlxalq təşkilatlara və ölkəyə təşrif buyurmuş xarici dövlətlərin nümayəndələrinə ölkədə nə qədər demokratik şərait olduğunu sübut etmiş olur. Məlumat üçün qeyd edim ki, həmin qeyri-yaşayış sahəsi ulu öndərimiz Heydər Əliyev prospektinə çox yaxın bir məsafədədir. Binanın hal-hazırkı bərbad və baxımsız vəziyyəti həmin prospektdə yenidənqurma və bərpa işlərinin ümumi fonuna kölgə salır. Mən bu biabırçılığı ortadan qaldırmaq üçün öz təşəbbüsümlə müasir standartlara uyğun layihə hazırlatdırmışam və BŞİH-nin başçısı Hacıbala Abutalıbova təqdim etmişəm. Nədənsə Hacıbala Abutalıbov müxtəlif bəhanələrlə həmin binanın layihəsinin təsdiqlənməsini gecikdirir. Məsələ ilə bağlı ona müraciət etdikdə isə ?Mənə Prezident Aparatından deməsələr, razılıq verməyəcəm?, - deyir. Hörmətli cənab Prezident! Həmin ofsin tikilməsinə bütün aidiyyatı təşkilatların razılığı olmasına baxmayaraq, hörmətli Hacıbala müəllim mənim şəxsi mülkümün yerində müasir arxitekturaya uyğun binanın tikilməsini müxtəlif bəhanələrlə yubadır. Hər dəfə də bu məsələyə Prezident Aparatından maneçilik törədildiyini bildirir. Odur ki, Sizdən xahiş edirəm, Hacıbala müəllimə rüşvət verib öz mülkümdə ofis binası tikmək üçün mənə pul yardım göstərəsiniz (Görünür Hacıbala müəllimin oğlunun əxlaqsız hərəkət etməsi üçün pulu tükənib).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA