“Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Politoloqdan rəy

img

18-09-2017 [15:42]


"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bütün Qafqazın şeyxi, şeyxülislam hacı Allahşükür Paşazadə ətrafında baş verən son olaylara münasibət bildirib.

Mia.az xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığını düşüür: "Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Şeyx özü dolayı şəkildə xəbəri inkar etsə də, məndə belə təəssürat yarandı ki, buna inanan az oldu.

Daha sonra şeyxin oğlunun ailəsiylə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Bu dəfə isə xəbər təkzib edilmədi. Geniş imkanları olan şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Bu xəbərin üstündən iki gün keçməmiş şeyxin qudasının oğlu həbs olundu və quda ölkənin baş prokurorunu saxtakarlıqda ittiham etdi. Elə təəsürat yaranır ki, şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA