Dollarla bağlı təhlükə - FED uçot dərəcəsini dekabrda artıra bilər

img

18-09-2017 [15:21]


Federal Ehtiyatlar Sistemi (FED) bu həftə uçot dərəcəsini dəyişməyəcək. 

"Bloomberg" agentliyinin 42 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə görə, buna baxmayaraq, dekabrda faiz dərəcələrini 0,25% artıra bilər.

Ekspertlərin əksəriyyəti düşünür ki, FED nümayəndələri oktyabrda balansı 4,5 trln. dollardan aşağı salacaq. "Qısamüddətli perspektivdə müvəqqəti faktorlar FED-in bu qərarını ləngidə bilər. Buna baxmayaraq, federal maliyyələşmə dərəcələrinin hədəf aralığının normallaşdırılması dekabrda davam edəcək", - deyə "Bank of the West"in San-Fransiskoda yerləşən ofisinin baş iqtisadçısı Skot Anderson deyib.

İllik müqayisədə avqustda istehlak qiymətləri indeksinin 1,9% artmasından sonra davamlı inflyasiya fonunda FED-in üçüncü dəfə faiz dərəcələrini artırmaması ilə bağlı ehtimallar da zəifləyib. Respondentlərin çox az hissəsi iqtisadi artım və inflyasiyanın əsasən zəifləyəcəyini qənaətindədir.

Ümumilikdə, ekspertlər FED-in 2018-ci ildə üç dəfə faiz dərəcələrini artıracağını düşünür. Uçot dərəcələrinin gələn il ilk artımı iyun ayına təsadüf edə bilər.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA